SON XƏBƏRLƏR

Güney Azərbaycan şəhərlərində çoxsaylı BİLDİRİLƏR yayılıb

2021.10.20, 07:36
Güney Azərbaycan şəhərlərində çoxsaylı BİLDİRİLƏR yayılıb

Gunaz.tv

GünAz TV: Urmu Gölü və onun qurudulması məsələsi Güney Azərbaycanın gündəmindədir. Son günlərdə keçirilən Kütləvi Etiraz Yürüşləri bunun bariz nümunəsidir.

 

Bu barədə Güney Azərbaycanın müxtəlif şəhərlərində onminlərlə Bildirilər yayılıb. Bildirilərdə Urmunun Gölünün əhəmiyyəti, onun quruma təhlükəsi, İran rejiminin bu zəmində qərəzli siyasətindən geniş bəhs edilib.

 

Günümüzə qədər Hüseyn İbadullahi və Həmid Vasiq adlı iki soydaşımız, Ərdəbildə Bildiri yaymaq ittihamı ilə tutuqlanıblar.

 

Oxşar Bildirilər Güney Azərbaycanın Sarab və ətraf qəsəbələrində də geniş miqyasda yayılıb. Məlumata görə, Bildirilərin yayıldığından sonra, təhlükəsizlik qüvvələri gecə vaxtı şəhəri kontrola almağa çalışırlar və onların sayı kifayət qədər artırılıb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar