SON XƏBƏRLƏR

Amerikada yaşayan azərbaycanlılar Amerika hökumətini Urmu gölündə yaranmış vəziyyətə diqqət yetirməyə çağırırlar

2021.10.20, 07:36
Amerikada yaşayan azərbaycanlılar Amerika hökumətini Urmu gölündə yaranmış vəziyyətə diqqət yetirməyə çağırırlar

Gunaz.tv

GünAz TV: ABŞ-da (Amerika Birləşmiş Ştatları) yaşayan azərbaycanlıların təşkilatları və qrupları Urmu gölündə yaranmış ekoloji vəziyyətə diqqət verilməsi məqsədilə kampaniya başlayıb.

ABŞ hökuməti və Konqres üzvlərinə ünvanlanmış müraciətdə Amerika azərbaycanlıları Urmu gölünün qorunması məqsədilə fəaliyyət göstərməsi üçün İran hökumətə təzyiq göstərilməsinə çağırır. Məktubda deyilir ki, artıq illərdir on minlərlə Azərbaycan türkü, xüsusilə də İranın Qərbi Azərbaycan vilayətinin paytaxtı olan Urmu sakinləri İran hökumətinin göldə yaranmış ekoloji böhrana gətirib çıxarmış siyasətinə etiraz olaraq aksiyalar (yürüşlər) keçirir.

Lakin Amerika azərbaycanlıları bu təzyiqlərin nəticə vermədiyini və məsələyə beynəlxalq diqqətin göstərilməsinin vacib olduğunu qeyd edir.

ABŞ azərbaycanlılarının şəbəkəsi USAN Amerika hökuməti və Konqresi öz nüfuzundan və mövqeyindən istifadə edərək, BMT (Birləşmiş Millətlər Təşkilatı) və onun agentilklərinə, habelə ətraf mühitin qorunması ilə məşğul olan qeyri-hökumət təşkilatlarına müraciət edərək, Urmu gölünün qorunması üçün öz üzərinə götürdüyü öhdəliklərə əməl etməsinə nail olmaq məqsədilə İran hökumətinə təzyiq göstərməyə çağırır. VOA

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar