SON XƏBƏRLƏR

Qardaş Qazaxıstanın milli ordusu öz gücünü göstərdi

2021.10.20, 07:36
Qardaş Qazaxıstanın milli ordusu öz gücünü göstərdi

Gunaz.tv

GünAz TV: Astanada ölkənin əsas meydanında, “Qazax eli” abidəsi önündə hərbi parad (rejə) keçirilib. Paradı ölkə prezidenti, Qazaxıstan Silahlı Qüvvələrinin ali baş komandanı (fərmandeh-i koll) Nursultan Nazarbayev izləyib.

Qazaxıstanın xarici işlər naziri Yerjan Kazıxanov bildirib ki, bu gün (avqustun 30-u , şəhrivərin 8-i) ölkəsi üçün çox önəmli gündür: “Ölkədə həm konstitusiya (Anayasa), həm də müstəqillik günü qeyd olunur. Bu münasibətilə hərbi paradın keçirilməsi vacib əhəmiyyət kəsb edir. Bu gün bizim ordu hərbi gücünü nümayiş etdirdi”.

Sonra hərbi birləşmələr təntənəli keçidlə tribunanın qarşısından keçib. Bu paradı əvvəlkilərdən fərqləndirən cəhətlər də az olmayıb. Nursultan Nazarbayevin qərarı ilə bu gündən bütün hərbçilər yeni geyim formasına keçiblər. Qazaxstanda ilk dəfə olaraq snayperlər (tirəndazlar) paradda keçid edib. Onların ardınca quru qoşunların ən müasir silah və avadanlıqla (təchizatla) təchiz edilmiş dağ-motoatıcı (piyadə nizam) briqadasının (tip) hərbçiləri ilk dəfə parada qatılaraq tribunanın önündən keçib. Paradda bütün hərbi birləşmələrin, ümumilikdə 28 növ hərbi dəstənin ən yaxşı və fəaliyyətlərində yüksək peşakarlıqda fərqlənmiş 2500-ə qədər hərbi qulluqçu iştirak edib. Bundan başqa 130-dan artıq hərbi texnika və 60-a yaxın təyyarə və helikopterlərin nümayişi keçirilib.Ans press

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar