SON XƏBƏRLƏR

Suriyada həbsxanalarda 88 nəfər öldürülüb

2021.10.20, 07:36
Suriyada həbsxanalarda 88 nəfər öldürülüb

Gunaz.tv

GünAz TV: Təşkilat beynəlxalq ictimaiyyəti Suriyada baş verənlərə daha sərt mövqe göstərməyə çağırıb.   

Suriyada anti-hökumət nümayişlərinin davam etdiyi 5 ay ərzində həbs olunanlardan azı 88 nəfəri öldürülüb. Bu barədə Gün.Az ANSPRESS-ə istinadən xəbər yayıb.

"Amnesty International" beynəlxalq insan haqları təşkilatı bu barədə məlumat yayıb. Onlardan 10-nun 13 yaşadək uşaqlar olduğu bildirilir. "Amnesty International"- ın nümayəndəsi Deyvid Nikolsun verdiyi məlumata görə normal halda Suriyada bir ildə həbsxanada 5 nəfər öldüyü halda, indi apreldən bəri 88 nəfərin öldüyü aşkarlanıb. Onların bəzilərində güllə yarası, bəzilərində isə işgəncə əlamətləri müşahşidə edilib. Təşkilatın məlumatında o da qeyd edilir ki, hamısı kişi və oğlanlar olan bu qurbanlar martda kütləvi anti-hökumət nümayişlərinə qatıldıqdan sonra həbs olunublar.

Deyvid Nikolsun sözlərinə görə həbsxanada qeydə alınan bu ölüm faktları (gərçəkləri) Suriyada apreldən bəri müşahidə edilən dinc etirazların iştirakçılarına qarşı tətbiq olunan geniş repressiyanın (sərkubun) bir hissəsidir. Bundan başqa, Amnesty International-ın nümayəndəsi deyib ki, hazırda Suriyada 12-15000 nəfərin həbs olunduğu bildirilir ki, onlardan 3000-nin adlarını artıq əldə ediblər. Həmçinin Suriya hökumətinin apreldən bəri davam edən nümayişlərin iştirakçılarına qarşı güc tətbiqi nəticəsində ölən 1800 nəfərin adları da var.

 Deyvid Nikols beynəlxalq ictimaiyyəti, xüsusən də BMT (Birləşmiş Millətlər Təşkilatı) Təhlükəsizlik Şurasını Suriyada baş verənlərə daha sərt mövqe nümayiş etdirməyə, bu ölkədəki vəziyyətin araşdırılmasını Beynəlxalq Cinayət Məhkəməsinə təhvil verməyə, silah embarqosu (təhrim) qoymağa, prezident Bəşər Əsəd və Suriyanın yüksək rütbəli rəsmilərinin hesablarını dondurmağa çağırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar