SON XƏBƏRLƏR

"Eurovision" mahnı müsabiqəsinin Məşvərət qrupu Bakıda toplaşır

2021.10.20, 07:36
"Eurovision" mahnı müsabiqəsinin Məşvərət qrupu Bakıda toplaşır

Gunaz.tv

GünAz TV: Avqustun 31-də (August) “Eurovision” Mahnı Müsabiqəsinin Məşvərət qrupu Bakıda ilk iclasını keçirəcək.

İctimai Televiziyanın ictimaiyyətlə əlaqələr və internet şöbəsindən Lent.az-a verilən məlumata görə, toplantıya ev sahibliyi edən yayımçı - İctimai Televiziya Məşvərət qrupunun üzvlərini gələn ilin mayında keçiriləcək 57-ci “Eurovision” Mahnı Müsabiqəsinin hazırlıq prosesi ilə bağlı məlumatlandıracaq.

Məşvərət qrupunun iclasında “Eurovision Mahnı Müsabiqəsi-2012” ilə əlaqədar indiyədək görülən hazırlıq işləri, təşkilati məsələlər müzakirə olunacaq.

Məşvərət qrupunun müsabiqəyə qədər 4-5 dəfə belə toplantısı gözlənilir.

Xatırladaq ki, “Eurovision Mahnı Müsabiqəsi-2012”nin yarımfinal mərhələləri mayın 22-24-də, final mərhələsi isə mayın 26-da Bakıda keçiriləcək. Müsabiqədə 40-dan artıq ölkənin nümayəndəsinin iştirakı gözlənilir. Onlardan bəziləri artıq potensial qaliblərini seçməyə başlayıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar