SON XƏBƏRLƏR

Urmulu Milli Hərəkat fəallarından təkrar Etiraz Yürüşünə ÇAĞIRIŞ Bildirisi...

2021.10.20, 07:36
Urmulu Milli Hərəkat fəallarından təkrar Etiraz Yürüşünə ÇAĞIRIŞ Bildirisi...

Gunaz.tv

GünAz TV: Urmulu Milli Hərəkat fəalları Güney Azərbaycanda həyata keçirilən 27 avqust (5 şəhrivər) Yürüşü ilə bağlı Bildiri yayıblar.

 

Bildiridə qeyd olur ki, Urmu şəhəri avqustun 27-də (şəhrivərin 5-də) qanlı hadisələrə şahid oldu. Bu hadisələr bir tərəfdən Azərbaycan xalqının qürur və iradəsini nümayiş etdirsədə, o biri tərəfdən insanlıq ləyaqəti İran dövlətinin bəsic kimi qüvvələrinin ayaqları altında əzildi.

 

Milli Hərəkat fəalları Bildiri vasitəsi ilə İran rejimini, sözü gedən dinc Etiraz Göstərisinə qarşı göstərdiyi zorakılığa görə şiddətlə məhkum edib və Urmu Gölü uğrunda gedən mübarizənin davamının vacib olduğunu vurğulayıblar.

 

Milli Hərəkat fəalları Urmu Gölü ilə bağlı təkrar Etiraz Yürüşünün həyata keçirilməsini vacib sayıb və 2011-ci il sentyabr ayının 3-də (1390-cı il şəhrivər ayının 12-də) bir daha Urmu xiyabanlarında olub və Etiraz Göstərisi nümayiş etdirəcəklərini bildiriblər. Onlar Azərbaycanın bütün bölgələrindən, bu Etiraz Yığıncağına dəstək gələcəyinə ümid edirlər.

 

Bildiridə bildirilir ki, sentyabr ayının 3-də (1390-cı il şəhrivər ayının 12-də) keçiriləcək Kütləvi Etirazın təməl tələbləri bunlardan ibarətdir:

 

- Urmu Gölünün məqsədyönlü şəkildə qurudulma prosesinin dərhal dayandırmsı.

- Urmu Gölünü qurumaqdan qurtarmaq üçün təcili şəkildə real tədbirlərin həyata keçirilməsi.

- Dövlət, parlament sədri və Azərbaycan xalqını təhqir edən millət vəkillərinin üzr istəməsi.

- Əyalətin (ostanın) təmin şurasının birinci məsulu kimi, günahsız insanlara qarşı atəş əmri verən Qərbi (Batı) Azərbaycan əyaləti Valisinin (ostandar) istefaya getməsi.

- Urmu şəhərinin dinc etirazını qanla boğan amillər və şəxslərin ifşa olması və onların mühakimə edilməsi.

- Urmu və Təbriz şəhərlərində 27 avqust Yürüşü zamanı və ondan öncə yaxalanan tutuklular və siyasi məhbusların azad edilməsi.

- Hökumətin Özəl qüvvələrinin şiddəti nəticəsində mali ziyan görən vətəndaşların, ziyanlarının təmin edilməsi.

- dövlət mediası və mətbuatda Etirazçılara qarşı quldur, yolkəsən, tör-töküntü kimi sözlərin istifadəsinin dayandırılması.

 

Görüşün zamanı və yeri:

Urmu şəhəri, Vilayət-i fəqih meydanı, İmam xiyabanı, Ətayi xiyabanı, Besət xiyabanı, Cənubi Xəyyam xiyabanı, Kaşani xiyabanı, Əyalət meydanı.

Sentyabrın 3-ü (şəhrivərin 12-i), yerli vaxtla saat 18:00

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar