SON XƏBƏRLƏR

Ərdəbildə Hüseyn İbadullahi və Həmid Vasiq tutuqlanıb

2021.10.20, 07:36
Ərdəbildə Hüseyn İbadullahi və Həmid Vasiq tutuqlanıb

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Ərdəbil şəhərində azərbaycanlı fəallar Hüseyn İbadullahi və Həmid Vasiq cənabları tutuqlanıblar. Məlumata görə, Onlar Bildiriş yayarkən yaxalanıblar.

 

Urmu Gölü ilə bağlı iki gün öncə gecə vaxtı Bildiriş yayan azərbaycanlı fəallar ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurları tərəfindən tutuqlanıblar.

 

Qeyd edək ki. Urmu Gölünün əhəmiyyəti və onun quruma təhlükəsindən geniş bəhs edən Bildirişlər günlərdir ki, azərbaycanın müxtəlif şəhərləri o cümlədən Ərdəbildə yayılmaqdadır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar