SON XƏBƏRLƏR

Xanım Məhsa Mehdili Urmu şəhərinin zindanına köçürülüb

2021.10.20, 07:36
Xanım Məhsa Mehdili Urmu şəhərinin zindanına köçürülüb

Gunaz.tv

GünAz TV: Azərbaycanlı fəal Məhsa xanım Mehdili (Mehdizadə), Auqustun 29-da (Şəhrivərin 7-də) İttilaat idarəsindən Urmu şəhərinin zindanına göndərilib.

Onun ailə üzvlərindən biri, “Amerikanın səsi”nin Azərbaycan xidmətinin müxbirilə müsahibəsində  bu xəbəri  verib və əlavə edib  ki Məhsa xanım Auqustun 21-i (mordadın 30-u)) Urumiyə şəhərində İttilaat məmurları tərəfindən saxlanmışdı

Güney Azərbaycanlı olan  Məhsa xanım Türkiyə də ali təhsil alıb və  illərdi ki orada yaşayır. O İranda  azərbaycanlıların tələblərinin həyata keçirilməsi  yolunda  fəaliyyət göstərir. Radio və televiziyalara müsahibələr verir,  Güney azərbaycanlıların istəkləri və problemləri barədə  məlumat yayır. Xususilə də Urmu gülünün quruması məsələsi onun fəaliyyətlərində geniş yer tutur.

 

Məhsa xanım illərlə ailəsindən  ayrı qalandan sonra vətəninə qayıtdı.  O,  İranda qayıdandan sonra  Urmu şəhərində tutulub. Amerikanın səsinin əldə etdiyi  məlumata əsasən, İttilaat idarəsi Səlmas şəhərinin ədliyyə idarəsinin hökmünə əsasən  onu Urmuda tutub və sonra da Səlmas şəhərində onun atasının evində axdarış aparıb, bəzi əşyalarını müsadirə ediblər. Məhsa xanımın ailə üzvünün dediyinə görə  onun hansı ittihamlar əsasında tutulması məlum olmasa da tutulması üçün  məhkəmənin hökmü var imiş.

 

Amerikanın səsinin əldə etdiyi məlumata görə ona qarşı irəli sürülən ittihamlar İrandan xaricdə yaşadığı müddətdə medyalara verdiyi müsahibələrlə  əlaqədardır. Nəzarət altında qaldığı müddətdə ona ailəsi ilə  telefon əlaqəsi yaratmağa imkan verilib. Ailə üzvünün verdiyi məlumata görə bir neçə gün ərzində Məhsa xanımın  zəmanətlə (vəsiqə ilə)  azadlığa buraxılması gözlənilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar