SON XƏBƏRLƏR

Əli Abdullah Saleh prezident seçkiləri keçirmək istəyir

2021.10.20, 07:36
Əli Abdullah Saleh prezident seçkiləri keçirmək istəyir

Gunaz.tv

GünAz TV: Yəməndə prezident seçkiləri üç aydan gec olmadan keçiriləcək. Məlumatı “Reuters” agentliyi (ajansı) vəziyyətlə tanış olan siyasi mənbələrə istinadən yayıb.

Mənbələrin məlumatına görə, Əli Abulla Saleh müxalifət nümayəndələri ilə bununla bağlı razılış əldə edib. Yəmən prezidenti seçkilərə hazırlıq dövründə hakimiyyəti vitse-prezident (prezident müavini) Mənsur Hadiyə təhvil verməlidir.

 

Yəmən prezidenti Əli Abdulla Saleh ölkədə prezident seçkiləri keçirmək niyyətini açıqlayıb. Prezidentin bəyanatını Yəmənin Saba dövlət informasiya agentliyi yayıb. Bəyanatda deyilir ki, Əli Abdulla Saleh ölkənin böhrandan çıxış yolu tapacağına əmindir. Yəmən prezidenti azad prezident seçkilərinin mümkün qədər tez hazırlanması və keçirilməsinə tərəfdar olduğunu bəyan edib.

 

Qeyd edək ki, Əli Abdulla Saleh 33 ildir Yəmənə rəhbərlik edir. Ölkədəki etirazlar dalğasına baxmayaraq, o, hakimiyyətdən getməkdən dəfələrlə imtina edib.

 

Yəmən prezidenti şazırda Səudiyyə Ərəbistanındadır. Üzləşdiyi sui-qəsddən sonra o müalicəyə gedib. Ans press

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar