SON XƏBƏRLƏR

Azərbaycan jurnalistlərinin İrana səfər etməsi qaydaları açıqlanıb

2021.10.20, 07:36
Azərbaycan jurnalistlərinin İrana səfər etməsi qaydaları açıqlanıb

Gunaz.tv

GünAz TV: İran İslam Respublikasının (Cümhuriyyətinin) Azərbaycandakı səfirliyi Azərbaycan jurnalistlərinin bu ölkəyə səfər etməsi qaydalarını açıqlayıb.

 

Səfirliyin mətbuat xidmətinin məlumatında deyilir ki, Azərbaycan Respublikası vətəndaşlarına verilən vizaların ləğvi yalnız adi səfərlərə aiddir. Jurnalist səfərləri, müsahibə alınması, reportaj (quzariş) hazırlanması, müxtəlif obyekt (təsisat, əmakin və s.) və şəhərlərdə çəkilişlər aparılması üçün mütləq jurnalist vizası alınmalıdır.

 

O da bildirilir ki, müsahibə alınması üçün verilən ərizələr, həyata keçiriləcək layihə və planlar (tərhlər) barədə İran İslam Respublikasının Bakıdakı səfirliyinə dəqiq məlumat verilməlidir. Məlumatı APA yayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar