SON XƏBƏRLƏR

Qəddafinin ailəsi Əlcəzairə qaçıb

2021.10.20, 07:36
Qəddafinin ailəsi Əlcəzairə qaçıb

Gunaz.tv

GünAz TV: Liviya (Libi) diktatoru Müəmmər Qəddafinin həyat yoldaşı və üç övladı ötən gün Əlcəzairə keçiblər. Məlumatı “Frans Press” agentliyi (ajansı) bu ölkənin Xarici İşlər Nazirliyinə istinadən yayıb.

 

Əlcəzair XİN-in məlumatında deyilir: “Müəmmər Qəddafinin həyat yoldaşı Safiyə, eləcə də qızı Aişə, oğulları Məhəmməd və Hannibal öz övladlarının müşayiəti ilə saat 8.45-də (Bakı vaxtı ilə 12.45) Liviya-Əlcəzair sərhədindən Əlcəzair ərazisinə keçiblər”.

 

Müəmmər Qəddafinin özünün harada olduğu haqda isə hər hansı məlumat verilmir. Lakin xatırladaq ki, Misir dövlət agentliyi bir neçə gün qabaq Liviyalı üsyançılara istinadla Qəddafinin öz oğlanları ilə birlikdə Əlcəzairə keçdiyinin güman edildiyini xəbər vermişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar