SON XƏBƏRLƏR

Urmu Yürüşündə tutuqlanan soydaşlarımızın bir sırası azadlığa buraxılıb

2021.10.20, 07:36
Urmu Yürüşündə tutuqlanan soydaşlarımızın bir sırası azadlığa buraxılıb

Gunaz.tv

GünAz TV: Urmu Gölü ilə bağlı keçirilən Kütləvi Etiraz zamanı tutuqlanan soydaşlarımızdan 140 nəfərdən çoxu azadlığa buraxılıb.

 

Urmuda azadlığa buraxılan soydaşlarımız avqustun 27-də (şəhrivərin 5-də) tutuqlanmışdılar.

 

Şərhçilərin fikrinə görə, yaxalanan etirazçıların qısa zamanda azad edilməsi, Azərbaycan şəhərlərinin təkrar Etiraz Yürüşlərinə hazırlandığı ilə bağlıdır.

 

İnternet saytlarında yayılan məlumata görə, Urmu əhalisi sentyabrın 3-də (şəhrivərin 12-də) təkrar xiyabanlara çıxaraq kütləvi etiraz edəcəklər. Bütün müşahidələr göstərir ki, Azərbaycanın başqa şəhərlərində də oxşar Yürüşlərin başlayacağı gözlənilir.

Qaynaq: Araz news

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar