SON XƏBƏRLƏR

Abbas bəy Lisaninin mağazasına hücum olub, 3 azərbaycanlı fəal tutuqlanıb

2021.10.20, 07:36
Abbas bəy Lisaninin mağazasına hücum olub, 3 azərbaycanlı fəal tutuqlanıb

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Ərdəbil şəhərində 3 nəfər milli-mədəni fəal tutuqlanıb. Onlar tanınmış azərbaycanlı fəal cənab Abbas Lisaninin mağazasına yaxalanıblar.

 

Məlumata görə, Rəhim Qulami, Məhəmməd Bədəli və hələlik kimliyi müəyyənləşməyən daha bir nəfər Abbas bəyin mağazasında olarkən ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurları tərəfindən hücuma məruz qalıblar.

 

Məmurlar adını çəkdiyimiz soydaşlarımızı döyərək naməlum istiqamətə aparıblar. Ancaq ABBAS bəyi müqavimət göstərdiyi üçün onu aparmağa nail olmayıblar.

 

Hazırda Abbas bəyin mağazası ETTELAAT məmurlarının mühasirəsindədir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar