SON XƏBƏRLƏR

Urmuda bir gənc qadının ŞƏHİD olduğu xəbəri yayılıb

2021.10.20, 07:36
Urmuda bir gənc qadının ŞƏHİD olduğu xəbəri yayılıb

Gunaz.tv

GünAz TV: Urmu gölü ilə bağlı keçirilən Etiraz Yürüşündə Urmu şəhərində bir cəsarətli gənc qadının şəhid olduğu bildirilir.

Bu Xəbər Təsdiqlənməyib

GünAz TV mətbuat mərkəzinin “araz news”-a istinadən yaydığı məlumata görə, dünən keçirilən kütləvi yürüşdə hökumət qüvvələrinin özəl dəstələri Besət xiyabanının başlanğıcında etirazçılara vəhşicəsinə hücum ediblər.

Hücumçular əhalini istədikləri yerdən uzaqlaşdıra biliblər. Ancaq bu arada bir gənc qadın cəsarətli şəkildə qarşıda durub və geri oturmayıb. Lakin məmurlar vəhşicəsinə ona hücum edib və 5. 6 nəfər batumla (dəyənək) onu döyməyə başlayıblar. Məlumata görə, həmən xanım olduğu keçinib.

Hələlik onun kimliyi barədə heç bir məlumat əldə yoxdur.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar