SON XƏBƏRLƏR

Urmu və Təbriz Qiyamı bütün İranı o cümlədən Tehranı bürüyə bilər

2021.10.20, 07:36
Urmu və Təbriz Qiyamı bütün İranı o cümlədən Tehranı bürüyə bilər

Gunaz.tv

GünAz TV: Dünən Urmu Gölü ilə bağlı Urmu və Təbrizdə keçirilən Kütləvi Etiraz bütün İranda, azərbaycanlıların Qiyamı kimi alqılanmaqdadır. 

 

Farslara aid saytlarda dərc olunan fikir və afişalar (pusterlər), Tehranında gələcək günlərdə bu Etiraz Yürüşlərinə qatıla biləcəyindən xəbər verir.

 

Hətta bəzi məlumatlara görə, Tehran əhalisi avqustun 30-nu (şəhrəvərin 8-ni) etiraz günü kimi təyin etməyə çalışır. Məlumata görə, Bu zəmində göndərilən SMS-lərin ardı-arası kəsilmir.

 

Qeyd edək ki, Tehran əhalisi Azərbaycanlıların keçmişdəki qiyamlarından yaxşı xəbərdar olduqları üçün, Azərbaycandan başlanan qiyamı dəyərləndirmək məqsədi ilə belə bir tədbirdə bulunmaqdadır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar