SON XƏBƏRLƏR

Urmuda bir soydaşımızın ŞƏHİD olduğu xəbəri yayıldı

2021.10.20, 07:36
Urmuda bir soydaşımızın ŞƏHİD olduğu xəbəri yayıldı

Gunaz.tv

GünAZ TV: bu gün Urmu Gölünü qurumaqdan  qurtarmaq məqsədi ilə Urmu və Təbriz şəhərlərindən geniş Etiraz Yürüşləri həyata keçirildi. 

 

( Bu Xəbər Təsdiqlənməyib

Təəssüf ki, bu dinc Etiraz Yürüşü İran təhlükəsizlik qüvvələri tərəfindən zorakılığa məruz qaldı. Hücumlar oldu. Gözyaşardıcı qaz və plastik güllələrdən istifadə olundu, insanlar yaralılandı və yüzlər nəfər tutuqlandı.

 

GünAz TV mətbuat mərkəzinin "Öyrənci" saytına istinadən yaydığı xəbərə görə, silahlı məmurlar Ənsar Bankından etirazçılara atəş açıblar. Bu səbəbdəndə Bank yandırılıb. Təəssüflə Bu qarşıdurmada soydaşlarımızdan biri qurban gedib və hökumət qüvvələrinin açdığı atəş nəticəsində ŞƏHİD olub.

Məlumata görə, Şəhidin cəsədi hökumət qüvvələri tərəfindən götürülüb. Hələlik Şəhid olan soydaşımızın kimliyi barədə heç bir məlumat yoxdur.

Bu barədə yeni məlumat olunca diqqətinizə çatdırılacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar