SON XƏBƏRLƏR

Başqa şəhərlərdən gətirilmiş təhlükəsizlik qüvvələri Etirazçılara rəhm etmir

2021.10.20, 07:36
Başqa şəhərlərdən gətirilmiş təhlükəsizlik qüvvələri Etirazçılara rəhm etmir

Gunaz.tv

GünAZ TV: Güney Azərbaycan Etirazlarla qaynayır. Bu dəqiqələrdə Urmu və Təbriz şəhərlərində etiraz yürüşləri davam etməkdədir. 

Azərbaycana başqa şəhərlərdən güc tətbiq etmək üçün yeni təhlükəsizlik qüvvələri gətirilib.

Məlumata görə, yerli təhlükəsizlik qüvvələri öz soydaşları ilə qarşıdurmalarda iştirak etməməyə çalışırlar. əsas təzyiq göstərənlər isə yeni gətirilmiş və türkcə bilməyən məmurlardır.

 

Məlumata görə, 100 nəfər silahlı məmur Urmu valiliyini (ustandarı) mühasirəyə alıb. Qazi məscidi ətrafında isə məmurlar hücumlardan evlərə pənah gətirən etirazçıları yaxalamaq üçün evlərə daxil olurlar.

 

Motosikletçi məmurlar isə xiyabanlardan yaralıları oğurlayıb naməlum istiqamətə aparırlar.

 

Bir sıra yaralıların vəziyyətinin ağır olduğu bildirilir. Urmunun Ceyran və Hüseynabad məhəllələrində ciddi qarşıdurmalar olub. əsas xiyabanlar hələdə etirazlara şahiddir. Əmini, Kaşani və Bakiri xiyabanlarında təcili yardım avtomobillərinin (ambulans) sirən səsi (ajir) şiddətlə eşidilməkdədir.

 

Təbriz və Urmu şəhərlərinin əsas xiyabanlarına çoxlu sayıda təhlükəsizlik qüvvələri toplanıb. Onların sayi durmadan artırılır.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar