SON XƏBƏRLƏR

Urmuda Kütləvi Etiraz: “Qarşıdurmalar, tutuqlananlar, gözyaşardıcı qazlar…”

2021.10.20, 07:36
Urmuda Kütləvi Etiraz: “Qarşıdurmalar, tutuqlananlar, gözyaşardıcı qazlar…”

Gunaz.tv

GünAz TV: Urmu şəhərində etiraz yürüşləri genişlənərək İmam və Ətayi xiyabanlarının küçələri, başqa əsas xiyabanlar, Besət, Bakiri və Əsgərabadi xiyabanlarını da bürüyüb.

 

Qarşıdurmalarda yaralı və tutuqlanan etirazçıların sayının getdikcə artdığı bildirilir. Besət xiyabanında ciddi qarşıdurmanın olduğu diqqətə çatdırılır. Təhlükəsizlik qüvvələri bir neçə məntəqədə gözyaşardıcı qaz və plastik güllələrdən  istifadə ediblər.

 

Bakiri xiyabanında da ciddi qarşıdurmanın olduğu bildirilir. Burda gözyaşardıcı qazadan ardıcıl istifadə edilib. Etirazçılar arasında çoxsaylı qadinların olduğu da xüsusi vurğulanır.

 

Təsdiq olunmamış məlumatlara görə, bu qarşıdurmalarda ən azı 50 nəfər tutuqlanıb.

Tutuqlananlar arasında qadınlarda var.

 

Qarşıdurmalar Uumunun yekanlılar bazarı və doşabçıxanada daha ciddi olub. Burda yaralıların sayı çoxdur. Kütləvi etirazın baş tutuduğu məntəqələrdə etirazçıların sayı 10, 15 min nəfərə qədər təxmin edilib. Darvaza Şapurda da qarşıdurmalar olub. Yürüş zamanı çoxlu şüarlar səsləndirilib.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar