SON XƏBƏRLƏR

Təbriz şəhərində də Kütləvi Etiraz başlayıb

2021.10.20, 07:36
Təbriz şəhərində də Kütləvi Etiraz başlayıb

Gunaz.tv

GünAz TV: Təbrizin bir neçə məntəqəsi o cümlədən Rasta küçəsi olduqca qalabalıqdır. Polis bir neçə məntəqədə gözyaşardıcı qazdan istifadə edib. 

 

GünAz TV mətbuat mərkəzinin "Öyrənci"-yə istinadən yaydığı məlumata görə, Təbrizin əsas xiyabanları təhlükəsizlik qüvvələri ilə doludur.

 

Ticarət mərkəzlərinin (pasaj) əksəriyyəti bağlanıb. Şəhnaz xiyabanı və Xaney-i məşrutənin qabağında pərakəndə şəkildə toplaşıb və etiraz yürüşü aparıblar. Etirazçılar şüarlar səsləndiriblər. Təhlükəsizlik qüvvələri ilə qarşıdurmaların olduğu bildirilir.

 

Təhlükəsizlik qüvvələri gülüstan bağı, şəhnaz meydanı, bazar, bazar ağzı xiyaban, firdövsi, abrəsan və s. Kimi məntəqələrdə daha çox görünürlər.

 

Təbrizdə telefon sistemində də problem yarandığı bildirilir.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar