SON XƏBƏRLƏR

Azərbaycanlılar Türkiyədə Urmu gölünün qurumasına etiraz edəcəklər

2021.10.20, 07:36
Azərbaycanlılar Türkiyədə Urmu gölünün qurumasına etiraz edəcəklər

Gunaz.tv

GünAz TV: Türkiyədə fəaliyyət göstərən Azərbaycan Kültür Mərkəzi sabah saat 17.00-da bu ölkənin İzmir şəhərində Kıbrıs Şehitleri Caddesi, Konak Belediyesi Kültür Merkezinin önündə küçədə mətbuat açıqlaması keçirəcək.

Mərkəzdən ANS PRESS-ə verilən məlumata görə, mətbuat açıqlaması İran İslam Respublikasının (Cümhuriyyətinin) sərhədləri çərçivəsində yerləşən Urmu gölünün quruması ilə bağlıdır.

Mərkəzin məlumatında bildirilir ki, İranda 30 milyondan çox azərbaycanlı yaşayır. Azərbaycanlıların yaşadığı II böyük şəhər isə Urmudur. Urmu şəhərinə 30 km yaxınlıqda, Türkiyə ilə sərhədə 60 km yaxınqlıda dünyanın II böyük duz gölü olan Urmu gölü yerləşir. Urmu  Gölü Cənubi Azərbaycanın ən önəmli təbiət varlığıdır. Son 10 ildə İran dövlətinin apardığı səhv siyasət çəticəsində Urmu Gölünün 80 faizi quruyub. Göl hazırda sürətli şəkildə qurumaqda davam edir.

Mərkəz bildirir ki, göl tamamilə quruyarsa, 30 milyard ton duz torpağın üzünə çıxacaq və Türkiyənin də şərq bölgəsini əhatə edərək, geniş bir ərazidə təbii fəalkətə səbəb olacaq.

Qeyd edək ki, cənubi azərbaycanlılar bir neçə ildir ki, gölün qurumasına etiraz olaraq aksiyalar (yürüşlər) keçirirlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar