SON XƏBƏRLƏR

Müəmmər Qəddafinin Əlcəzairə qaçması xəbəri yayıldı

2021.10.20, 07:36
Müəmmər Qəddafinin Əlcəzairə qaçması xəbəri yayıldı

Gunaz.tv

GünAz TV: Altı zirehli “Mercedes” avtomobilindən ibarət kolon (kərvan) Liviya-Əlcəzair sərhədini keçib. Bu barədə Misirin MENA agentliyi xəbər yayıb.

Liviyalı (Libi) qiyamçılar bu avtomobillərdə ölkənin yüksək vəzifəli şəxslərinin, o cümlədən başına 1,7 milyon dollar mükafat qoyulan prezident Müəmmər Qəddafi və oğullarının olduğunu ehtimal edirlər. Liviya qiyamçıları ölkənin Milli İnvestisiya Fondundan (milli sərmayə yatırmaq sandığı) 3 milyard dolların oğurlandığını da bildiriblər.

Bu arada Afrika Birliyi Liviya qiyamçılarının hökumətini tanımaqdan imtina edib. Bununla belə, Afrika Birliyi qiyamçıları bütün tərəflərin iştirakı və seçki yolu ilə yeni hökumət qurmağa çağırıb. Afrika Birliyinin toplantısında çıxış edən Cənubi Afrika Respublikasının (Cümhuriyyətinin) prezidenti Ceykob Zuma deyib ki, bir neçə ay davam edən vətəndaş müharibəsindən sonra qiyamçıların hökumətini qanuni hökumət saymaq olmaz. Ancaq Afrika Birliyinə üzv olan 15 dövlət ayrılıqda Liviya qiyamçılarının qurduğu hökuməti tanıdığını bəyan edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar