SON XƏBƏRLƏR

Həmid Qurbanəlizadə və Behnam Əlizadə “Əxlaq və Təhlükəsizlik Polisi” bölməsinə köçürülüblər

2021.10.20, 07:36
Həmid Qurbanəlizadə və Behnam Əlizadə “Əxlaq və Təhlükəsizlik Polisi” bölməsinə köçürülüblər

Gunaz.tv

GünAz TV: Azərbaycanlı fəallar Həmid Qurbanəlizadə və Behnam Əlizadə dünən (avqustun 26-i , şəhrivərin 4-ü) “əxlaq və təhlükəsizlik polisi” bölməsinə köçürülüblər.

 

GünAz TV mətbuat mərkəzinin “Öyrənci”-yə istinadən yaydığı məlumata görə, məsullar hələdə adlarını çəkdiyimiz tutuklular barədə onların ailəsinə hər hansı bir məlumat verməkdən imtina edirlər.

 

Xatırladaq ki, iki gün öncə Təbrizin səhənd stadionunda (stadiom) qardaş taxımlar arasında (Traxtur-Şəhrdari) keçirilən futbol müsabiqəsində çoxsaylı insan tutuqlanıb. Həmid Qurbanəlizadə və Behnam Əlizadə, stadionda tutulanlardan sadəcə ikisidir.

 

Urmu universitetinin öyrənci fəalı, Meşkinşəhrli (Xiyav) soydaşımız Həmid Qurbanəlizadə  stadiona daxil olarkən təhlükəsizlik qüvvələri tərəfindən tutuqlanıb.

Deyilənlərə görə, o əlində gətirdiyi su butulkasına (botri) görə yaxalanıb.

 

Meşkinşəhrli azərbaycanlı fəal cənab Behnam Əlizadə isə oxşar səbəbə görə stadiona daxil olmaq istərkən yaxalanıb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar