SON XƏBƏRLƏR

Azərbaycanlı fəal Əziz purvəli ETTELAATa köçürülüb

2021.10.20, 07:36
Azərbaycanlı fəal Əziz purvəli ETTELAATa köçürülüb

Gunaz.tv

GünAz TV: Tanınmış azərbaycanlı fəal cənab Əziz Purvəli öz ailəsi ilə əlaqə saxlayaraq, Təbrizin ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsinə köçürüldüyünü bildirib.

 

Cənab Purvəli 3 gün öncə (avqustun 24-ü , şəhrivərin 2-i) iftar mərasimi zamanı təhlükəsizlik qüvvələri tərəfindən tutuqlanıb və 30 nəfərlə birlikdə naməlum istiqamətə aparılmışdır.

 

ETTELAAT məmurları adını çəkdiyimiz azərbaycanlı fəalı yaxaladıqdan sonra onun evində axtarış aparıb, ona məxsus Kitab və CD-ləri özləri ilə aparıblar.

 

Qeyd edək ki, ETTELAAT məmurları cənab Purvəlidən başqa, digər tutulanların da əksəriyyətinin evində axtarış aparıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar