SON XƏBƏRLƏR

İftar mərasimində tutuqlanan azərbaycanlı fəalların 15-i barədə qərar çıxarılıb

2021.10.20, 07:36
İftar mərasimində tutuqlanan azərbaycanlı fəalların 15-i barədə qərar çıxarılıb

Gunaz.tv

GünAz TV: 3 gün öncə (avqustun 24-ü , şəhrivərin 2-i) Təbrizin Qumtəpə məhəlləsində İftar mərasimi zamanı tutuqlanan azərbaycanlı fəalların 15-i barədə qərar qəbul edilib.

 

Tutuqlanan təxminən 30 azərbaycanlı fəaldan 15 nəfəri, təqribən 20000 dollarlıq (20 milyon tümən) mülki vəsiqə qarşılığında azadlığa buraxıla bilərlər.

 

GünAz TV mətbuat mərkəzinin “Təbriz səsi”-nə istinadən yaydığı məlumata görə, Qeyd etdiyimiz 15 nəfər, Təbriz zindanına köçürülən tutuqlulardır.

 

ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsinə aparılan azərbaycanlı fəallar barədə isə hələlik heç bir məlumat yoxdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar