SON XƏBƏRLƏR

Etiraz Yığıncaqlarına növbəti ÇAĞIRIŞlar davam edir

2021.10.20, 07:36
Etiraz Yığıncaqlarına növbəti ÇAĞIRIŞlar davam edir

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanda kütləvi etirazların ardı-arası kəsilmir. Bu gün bir daha Urmu Gölünün quruma təhlükəsi dünya ictimaiyyəti və İran məsullarına çatdırılacaq.

 

İllərdir ki, Urmu Gölünün quruması təhlükəsi İran rejiminə müxtəlif vasitələrlə çatdırılsada, hələdə rejim tərəfindən duyulmayıb. Artıq iş o yerə çatıb ki, İran rejiminin gizli siyasəti tam ifşa olub. Keçən günlərdə İran parlamentinin Urmu Gölünü qurumaqdan qurtarmaqla bağlı iki təcili plana (tərhə) qarşı çıxması, Bocunurd nümayəndəsinin azərbaycanlıları Göl ətrafından köçməyə çağırması bütün maskaları aradan qaldırdı və bununlada mərkli siyasətin üstü açıldı.

 

Azərbaycanlılar Günlərdir  Kütləvi Etirazlara hazırlaşırlar. İki gün öncə Təbrizdə keçirilən “Traxtur-Şəhrdari” müsabiqəsində bu Etirazın İlkin üzü göründü. Bu gün isə Urmu və Təbriz şəhərlərində daha geniş etirazlar gözlənilir.

 

Bu günə qədər ölkə daxili və xaricində yaşayan azərbaycanlılar, onlarla Bildiri yayaraq Etiraz Yığıncaqlarına öz müsbət münasibətlərini bildiriblər. Etiraza çağırış zəminində Azərbaycanın müxtəlif şəhərlərində Divarlar şüarlarla bəzədilib, CD-lər yayılıb və Milli-mədəni fəallar tərəfindən bəyanatlar elan olunub.

 

Yeni bəyanatlar arasında Zəncanlı Milli Hərəkat fəalları, Azərbaycan Milli Dirəniş Təşkilatı, Azərbaycan Qadınlarının Demokratik Hərəkatı, Ərdəbilli öyrəncilər və s. kimi Bildirilər yer alır. Bildirilərdə Urmu Gölünə dəstək və rejimin qərəzli siyasətinə qarşı etiraz bildirmək bir mənalı olaraq dəstəklənir.

 

Görüşün yeri və zamanı:Təbriz: 2011-ci il avqustun 27-i (1390-cı il şəhrivərin 5-i), yerli vaxtla saat 18:00, Rasta küçə

 Urmu: 2011-ci il avqustun 27-i (1390-cı il şəhrivərin 5-i), yerli vaxtla saat 18:00, İmam və Ətai xiyabanlarının kəsişməsi, Əyalət meydanına tərəf hərəkət olacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar