SON XƏBƏRLƏR

Tutuqlanan azərbaycanlı fəalların evlərində axtarış aparılır

2021.10.20, 07:36
Tutuqlanan azərbaycanlı fəalların evlərində axtarış aparılır

Gunaz.tv

GünAz TV: iki gün öncə iftar mərasimi zamanı kütləvi şəkildə tutuqlanan azərbaycanlı fəalların evlərində axtarışlar aparılır.

 

GünAz TV mətbuat mərkəzinin “araz news”a istinadən yaydığı məlumata görə, dünən təhlükəsizlik qüvvələri Məhəmməd Əmirinin ata evinə hücum edib və evdə axtarış aparıblar. Məmurlar axtarışdan sonra bir neçə kitabı özləri ilə götürüblər.

 

Məlumata görə, axtarış aparan məmurlar Məhəmməd Əmirinin vəziyyəti ilə bağlı suallara cavab verməkdən imtina ediblər.

 

Başqa bir xəbərə görə, oxşar vəziyyət Əziz Purvəli, Qadir Növruzi və Həsən Ərk cənablarının evlərində yaşanıb. Belə ki, məmurlar onların evinə hücum edib, evdə axtarış apardıqdan sonra onlara məxsus kitab, CD və bir sıra şəxsi əşyaları özləri ilə aparıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar