SON XƏBƏRLƏR

Urmu şəhərində güclü təhlükəsizlik tədbirləri alınıb, internetin sürəti düşüb

2021.10.20, 07:36
Urmu şəhərində güclü təhlükəsizlik tədbirləri alınıb, internetin sürəti düşüb

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Urmu şəhərində hökumət qüvvələri tərəfindən güclü təhlükəsizlik tədbirləri alınıb.

 

Məlumata görə, Ətayi, İmam, Mərkəz, Kaşani, pəncrah, əsgərabadi və s. xiyabanlarına ayrı-ayrı yüzlərlə antiiğtişaş məmuru gətirilib.

 

Məmurlar 5, 10 nəfərlik dəstələrə bölünərək 20 metrlik fasilələrdə durub və piyadaların dayanmmasına icazə vermirlər. Şəhər əhalisinin verdiyi məlumata görə, bu qədər məmurun bir arada olması nadir hallardan sayılır.

 

Daha bir xəbərə görə, Urmu şəhərində internet sürəti çox zəifləyib və bununlada bir internetdəki çox məlumatı əldə etmək mümkün deyil.

 

Qeyd edək ki, rejimin bütün bu tədbirləri sabah Urmuda keçiriləcək Urmu Gölü ilə bağlı Etiraz Yığıncaqlarına qarşı yönəlib. Oxşar vəziyyət dünən Təbrizin səhənd stadionunda (stadiomunda) yaşandı.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar