SON XƏBƏRLƏR

Həmid Qurbanəlizadə və Behnam Əlizadə tutuqlanıb

2021.10.20, 07:36
Həmid Qurbanəlizadə və Behnam Əlizadə tutuqlanıb

Gunaz.tv

GünAz TV: Dünən Təbrizin səhənd stadionunda (stadiom) qardaş taxımlar arasında (Traxtur-Şəhrdari) keçirilən futbol müsabiqəsində çoxsaylı insan tutulub. Onlardan bir neçəsinin kimliyi müəyyənləşib.

 

Urmu universitetinin öyrənci fəalı, Meşkinşəhrli (Xiyav) soydaşımız Həmid Qurbanəlizadə  stadiona daxil olarkən təhlükəsizlik qüvvələri tərəfindən tutuqlanıb.

 

Deyilənlərə görə, o əlində gətirdiyi su butulkasına (botri) görə yaxalanıb.

 

Başqa bir xəbərə görə, Meşkinşəhrli daha bir soydaşımız cənab Behnam Əlizadə də oxşar səbəbə görə stadiona daxil olmaq istərkən yaxalanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar