SON XƏBƏRLƏR

Güney Azərbaycanlı Jurnalist və öyrətmən Həsən Kərimzadə tutuqlandı

2021.10.20, 07:36
Güney Azərbaycanlı Jurnalist və öyrətmən Həsən Kərimzadə tutuqlandı

Gunaz.tv

Güney Azərbaycanlı öyrətmən Həsən Kərimzadə, yazar və jurnalist olaraq fəaliyyət göstərən birisidir. O, Vəravi və bir neçə Azərbaycan dərgi və həftəliklərin yazarıdır. Həsən Kərimzadə, Aşıq Miskin Əsədin şeirlərini toplayaraq da dəyərli bir iş olaraq “UNDULMUŞ AŞIQ” adlı kitabda yayımlamışdır. Azərbaycan Jurnalist- yazar, həsən Kərimzadə, son zamanlar Sulduz şəhidlərinin il dönümünə getdiyi zaman da Sulduzun yaxınlığında tutuqlanmışdı. İttilaatın son zamanlar dönələrlə Həsən bəyi İttilaata çağırdıqlarına baxmayaq, o bu çağırmalara önəm verməyib İttilaata getmədi. Bu dəfə isə Həsən bəyi, yaxalayaraq İttilaata aparmışlar. Həsən bəy Kərimzadənin indiki tutuqlanması Urmu gölü haqqında etdiyi fəaliyyətlərlə bağlıdır. Hələlik Həsən bəyin harada saxlanıldığı haqqında bir bilgi əldə yoxdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar