SON XƏBƏRLƏR

Avropa Birliyindən SEPAHa yeni zərbə...

2021.10.20, 07:36
Avropa Birliyindən SEPAHa yeni zərbə...

Gunaz.tv

GünAz TV: Avqustun (August) 24-də Avropa Birliyi İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) “Qüds” qanadına sanksiya (təhrim) qoyub.

 

GünAz TV mətbuat mərkəzinin “Media forum”a istinadən yaydığı məlumata görə, Avropa Birliyinin rəsmi açıqlamasında bildirilir ki, “Qüds” dinc müxalifləri zorakılıqla əzən Suriya hökumətini müxtəlif hərbi sursat (mühümmat) və texniki avadanlıqla (təchizat) təmin edib.

 

Avropa Birliyi bu ilin iyul (July) ayında Bəşər Əsəd hökumətinə yardım göstərdikləri üçün “Sepah”ın “Qüds” qanadının komandanı (fərmandehi) Qasım Süleymani, “Sepah”ın baş komandanı Məhəmmədəli Cəfəri və “Sepah”ın ETTELAAT bölməsinin rəhbəri Hüseyn Taibə sanksiya qoymuşdu. Mayın 19-da isə ABŞ (Amerika Birləşmiş Ştatları) Maliyyə Nazirliyi eyni səbəbdən “Qüds” komandanı Qasım Süleymani və qurumun zabiti (əfsər) Möhsün Çizəriyə sanksiya tətbiq etmişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar