SON XƏBƏRLƏR

Təbrizdə azərbaycanlı fəallar kütləvi şəkildə həbs edilib

2021.10.20, 07:36
Təbrizdə azərbaycanlı fəallar kütləvi şəkildə həbs edilib

Gunaz.tv

GünAz TV mətbuat mərkəzinin “Öyrənci” saytına istinadən yaydığı məlumata görə, Təbrizdə təhlükəsizlik qüvvələri bir qrup tanınmış azərbaycanlı fəallı tutub və naməlum istiqamətə aparıblar.

 

Tutuqlanma, Təbrizin Qumtəpə məhəlləsində azərbaycanlı fəal Mustafa Əvəzpurun evində baş verib.

 

30 nəfərin iştirak etdiyi iftar süfrəsi mərasiminə təhlükəsizlik qüvvələri qanunsuz olaraq müdaxilə edib. Onlar evə daxil olub, evdə axtarış apardıqdan sonra iftar mərasiminə qatılanların şəxsi əşyalarını da özləri ilə aparıblar.

 

Tutuqlananlar arasında Əziz Purvəli, Mustafa Əvəzpur, Cəmişid Zarei, Hüseyn Nəsiri, Əkbər Mühacir, Murtaza Əvəzpur, Murtaza Muradpur, Yasir Salmani rzayi, Mehdi (Elman) Nuri, Musa Bərzin xəlifəlu, Tağı Sofiyanlı və Mahmud Fəzli də var.

 

Tutuqlanan başqa fəalların kimliyi məlum olunca diqqətinizə çatdırılacaq.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar