SON XƏBƏRLƏR

Murad Karayılan yoxa çıxıb

2021.10.20, 07:36
Murad Karayılan yoxa çıxıb

Gunaz.tv

GünAz TV: PKK terror təşkilatının faktiki (gərçək) rəhbəri Murad Karayılan ortadan yox olub. İran gücləri tərəfindən tutulduğu xəbəri çıxandan bəri onun hər hansı bir görüntüsü yayınlanmayıb.

Türkiyə baş nazirinin köməkçisi Bülənt Arınç deyib ki, işin içində bir iş var, amma hələ açıqlaya bilmiş, hansısa nəticəyə gəlmiş deyilik: "Doğrusu, bir məchulun qarşısındayıq".

"Kanal D" televiziyasının xəbərinə görə, PKK-nin səhra komandiri Murad Karayılan İranın nəzarətindədir, onu bilinməyən bir yerdə gizləyirlər və hazırda PKK-nın hərbi qanadının başına Türkiyənin heç istəmədiyi birisi olan, Bahoz Ərdal kod adı ilə tanınan Fehman Hüseyni gətirilib.

Belə güman edilir ki, Karayılanın gizlədilməsi onun şəxsi təhlükəsizliyi ilə bağlıdır. Belə ki, İran və Suriya kəşfiyyatı Türkiyənin hərbi əməliyyatlara başlayacağı təqdirdə Karayılanın yerini tapa biləcəyi barədə məlumatlara malik olub və terrorçunu qorumaq məqsədilə onun daha etibarlı yerdə gizlənməsini təmin edib.

Həmin informasiya sızdığında Karayılan Suriyanın paytaxtı Dəməşqdə olub. Sonra o, Dəməşqi tərk edib. İran güclərinin əlinə keçən Karayılan hazırda ev dustağı edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar