SON XƏBƏRLƏR

İran qətnamələri yerinə yetirməkdən boyun qaçırır

2021.10.20, 07:36
İran qətnamələri yerinə yetirməkdən boyun qaçırır

Gunaz.tv

GünAz TV: Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukio Amano avqustun (August) 23-də jurnalistlərə deyib ki, İran BMT (Birləşmiş Millətlər Təşkilatı) Təhlükəsizlik Şurasının qətnamələrini icra etməkdən boyun qaçırır.

 

İran Atom Enerjisi Təşkilatının rəhbəri Firudin Abbasi avqustun 21-də jurnalistlərlə görüşündə Nətənz nüvə təsisatındakı sentrifuqaların Qum şəhərindəki Fərdu nüvə təsisatına köçürüldüyünü, ölkənin uranı zənginləşdirmək imkanlarının üçqat artdığını demişdi.

 

GünAz TV mətbuat mərkəzinin “Media forum”a istinadən yaydığı məlumata görə,  Yukio Amano bildirib ki, İran uranı zənginləşdirməklə bağlı bütün fəaliyyətini dayandırmalıdır: “Nətənzdəki sentrifuqaların Fərdu nüvə təsisatına köçürülməsi onu göstərir ki, İran əvvəlki kimi BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri yerinə yetirməkdən boyun qaçırır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar