SON XƏBƏRLƏR

Müəmmər Qəddafi: “Mən paytaxtı bilərəkdən tərk etmişəm”

2021.10.20, 07:36
Müəmmər Qəddafi: “Mən paytaxtı bilərəkdən tərk etmişəm”

Gunaz.tv

GünAz TV: Ekspertlərin (karşünasların) son iki gün ərzində taleyi barədə mübahisə apardıqları Liviya (Libi) lideri Müəmmər Qəddafi növbəti radiomüraciətlə çıxış edib.

 

Gün.Az-ın RBK-ya istinadən verdiyi xəbərə görə, o, qiyamçılar tərəfindən ələ keçirilmiş Tripolidən (Trablos) tərk etdiyini etiraf edib.

 

Polkovnik (sərhəng) paytaxtdan çıxmasını taktiki gediş kimi izah edib. Onun sözlərinə görə, o, NATO təyyarələrinin bir neçə saat ərzində onun Tripolidəki iqamətgahına onlarla uçuş həyata keçirməsindən sonra bu qərara gəlib. 

 

Bununla yanaşı, M.Qəddafi qalibiyyətə qədər müharibə aparacağını elan edərək, öz həyatını qurban verməyə hazır olduğunu bəyan edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar