SON XƏBƏRLƏR

Urmu Gölü ilə bağlı Etirazlara ÇAĞIRIŞLAR davam edir

2021.10.20, 07:36
Urmu Gölü ilə bağlı Etirazlara ÇAĞIRIŞLAR davam edir

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanda Urmu Gölü məsələsi gündəmdən düşmək bilmir. Bu məsələ İran parlamentinin Urmu Gölünü qurumaqdan qurtarmaqla bağlı iki təcili plana (tərhə) qarşı çıxması ilə yeni gündəm qazandı.

 

Artıq bir neçə gündür saytımızda, parlamentin qəzərli qərarında sonra nəzərdə tutulan etirazlarla bağlı yayılan Bildirilər və Bəyanatlar dərc olunmaqdadır. Azərbaycanın müxtəlif şəhərlərində CD-lərin yayılması və divarların yazılmasıda bu xəbərlər sırasındadır.

 

Etiraza Çağırış Bildiriləri durmadan artır. Son iki gündə bir qrup azərbaycanlı ordu zabitləri (əfsərləri), Güney Azərbaycanın İttihad və Tərəqqi Cəmiyyəti, Tehran universitetlərinin bir qrup azərbaycanlı məzunu, Bicarın Yasukənd qəsəbəsinin öyrənci və milli-mədəni fəalları, Tikantəpə (Tikab), Meşkinşəhr və Azərbaycanın müxtəlif  şəhərlərinin mədəni fəalları və xarici ölkələrdə yaşayan soydaşlarımız tərəfindən yeni Bəyanatlar yayılıb.

 

Bəyanatlarda İran parlamentinin Urmu Gölünü qurumaqdan qurtarmaqla bağlı iki təcili plana (tərhə) qarşı çıxması şiddətlə məhkum edilib və soydaşlarımızdan istənilib ki,  müəyyən edilmiş vaxtlarda Etiraz Yığıncaqlarına qoşulsunlar.

 

Görüşün yeri və zamanı:2011-ci il avqustun 25-i (1390-cı il şəhrivərin 3-ü), Təbrizin səhənd stadionu (stadiom), “Traxtur-Şəhrdari” futbol müsabiqəsi.

 

2011-ci il avqustun 27-i (1390-cı il şəhrivərin 5-i), yerli vaxtla saat 18:00, Urmu şəhəri , İmam və Ətai xiyabanlarının kəsişməsi, Əyalət meydanına tərəf hərəkət olacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar