SON XƏBƏRLƏR

Önəmli gün gəlib çatdı: "Qardaş taxımlar müsabiqəyə hazırlaşır"

2021.10.20, 07:36
Önəmli gün gəlib çatdı: "Qardaş taxımlar müsabiqəyə hazırlaşır"

Gunaz.tv

GünAz TV: İran üzrə futbol klublarının superliqa rəqabətlərinin 5-ci həftəsində keçirilən müsabiqədə, Təbrizin qardaş taxımları (timləri) yarışacaq.

 

“Traxtur-Şəhrdari” müsabiqəsi Təbrizin səhənd stadionunda (stadiom) avqustun 25-i (şəhrivərin 3-ü) yerli vaxtla saat 22:00-da başlayacaq.

 

Qeyd edək ki, bu müsabiqə ən azı iki baxımdan xüsusi əhəmiyyət daşıyır:

Birincisi ona görə ki, bu yarış iki qardaş taxım arasında keçirilir. "Traxtur-Şəhrdari" müsabiqəsi həm Azərbaycanlıların, həmdə Azərbaycan bədxahlarının diqqət mərkəzində olacaq. Bu isə futbol tamaşaçıları üçün xüsusi məsuliyyət gətirir. Soydaşlarımız əmidir ki, bu yarışda azərbaycan türklərinin birlik və həmrəhliyi bir daha nümayiş etdiriləcək.

 

İkinci məsələ ondan ibarətdir ki, İran parlamenti keçən günlərdə Urmu Gölünü qurumaqdan qurtarmaqla bağlı iki təcili planı (tərhi) rədd etdi. Bu isə xalqımızın ölkə daxili və xaricində kəskin etirazına səbəb oldu. O üzdən, günlərdir parlamentin qərarı pislənilir və bu zəmində çoxlu CD-lər, Bildiri və Bəyanatlar yayılır və divarlar yazılır. İndi gözlər “Şəhrdari-Traxtur” müsabiqəsi və ondan iki gün sonra Urmudakı Kütləvi Etiraz yığıncağına tikilib. Ümid edilir ki, bu müsabiqədə Urmu Gölünün qurudulması məsələsi bir daha gündəmə gətirilib və parlamentin qərəzli qərarı şiddətlə məhkum ediləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar