SON XƏBƏRLƏR

Güneydə, Etiraza ÇAĞIRIŞlar davam edir

2021.10.20, 07:36
Güneydə, Etiraza ÇAĞIRIŞlar davam edir

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanlılar Kütləvi Etirazlara hazırlaşır. Buna səbəb İran parlamentinin Urmu Gölünü nicat verməklə bağlı iki təcili plana (tərhə) qarşı çıxmasıdır.

 

Keçmiş xəbərlərdə çatdırdığımız kimi, Etirazlara çağırış barədə bir çox Bəyanatlar mətbuatda dərc olunub, Bildirilər və CD-lər yayılıb və divarlar şüarlarla bəzədilib. Yeni yayılan Çağırışlar arasında Mərənd, Marağa və Əhər şəhərlərinin Milli Hərəkat fəalları və Azərbaycan pedaqoji universitetinin (tərbiyyət-i müəllim) öyrəncilərinin də  Bəyanatları yer alıb.

 

Bəyanatlarda İran parlamentinin Urmu Gölünü nicat verməklə bağlı iki təcili plana (tərhə) qarşı çıxması şiddətlə məhkum edilib.

 

Görüşün yeri və zamanı:

2011-ci il avqustun 25-i (1390-cı il şəhrivərin 3-ü), Təbrizin səhənd stadionu (stadiom), “Traxtur-Şəhrdari” futbol müsabiqəsi.

2011-ci il avqustun 27-i (1390-cı il şəhrivərin 5-i), yerli vaxtla saat 18:00, Urmu şəhəri , İmam və Ətai xiyabanlarının kəsişməsi, Əyalət meydanına tərəf hərəkət olacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar