SON XƏBƏRLƏR

18 il işğal altında…

2021.10.20, 07:36
18 il işğal altında…

Gunaz.tv

GünAz TV: Füzuli və Cəbrayıl avqustun (August) 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub.

1993-cü il avqustun 23-də Füzuli şəhəri, Horadiz qəsəbəsi və rayonun (məntəqə, şəhər) 82 kəndi Ermənistan Silahlı Qüvvələri tərəfindən zəbt olunub. İşğal nəticəsində 80 məktəb, 13 xəstəxana, 69 mədəniyyət evi və klub, 90 kitabxana, 2 muzey, 9 musiqi məktəbi, Dövlət Dram Teatrının binası dağıdılıb. Müharibə zamanı rayon sakinlərindən 470 hərbçi, 270 mülki şəxs şəhid olub, 192 nəfər girov götürülüb, 1240-ı sağlamlığını itirib. 1994-cü ilin yanvarında (January) rayonun 21 kəndi və Horadiz qəsəbəsi işğaldan azad olunub.

Füzuli rayonunun 115 min nəfərlik əhalisinin 49 mini respublikanın (cümhuriyyətin) 50 şəhər və rayonunda, 66 mini isə rayonun işğaldan azad edilmiş ərazisində məskunlaşıb. 1996-cı ildən etibarən Füzulinin işğaldan azad olunan ərazilərində infrastrukturun (altyapı, zirsaxt) bərpasına başlanılıb.

1993-cü il avqustun 23-də Cəbrayıl rayonu da Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. Rayonun tarixi memarlıq abidələri, qiymətli meşələr, yeraltı sərvətlərişğalçılar tərəfindən dağıdılaraq talan edilib.

Cəbrayılın 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 129 tarixi abidə, 149 mədəniyyət ocağı işğal altında qalıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar