SON XƏBƏRLƏR

Rəsmi Bakı İranın Rusiyadakı səfirinin işğal olunmuş ərazilərimizlə bağlı fikirlərinə dair məlumatı araşdırır

2021.10.20, 07:36
Rəsmi Bakı İranın Rusiyadakı səfirinin işğal olunmuş ərazilərimizlə bağlı fikirlərinə dair məlumatı araşdırır

Gunaz.tv

GünAz TV: Bu barədə Azərbaycan XİN-in (Xarici İşlər Nazirliyi) mətbuat xidmətinin birinci katibi Elman Abdullayev bildirib.

 

Azərbaycanın Xarici İşlər Nazirliyi İran İslam Respublikasının (Cümhuriyyətinin) Rusiyadakı səlahiyyətli və fövqəladə səfiri Seyid Mahmud Rza Səcadinin “Noyev kovçeq” mətbu orqanına verdiyi və Dağlıq Qarabağın separatçı (bölücü) rejiminin “Qarabağ hökuməti” kimi təqdim olunduğu müsahibə ilə bağlı informasiyanı araşdırır.

 

Gün.Az 1news.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan XİN-in (Xarici İşlər Nazirliyi) mətbuat xidmətinin birinci katibi Elman Abdullayev bildirib.

 

E.Abdullayevin sözlərinə görə, İran diplomatının həmin bəyanatı ilə bağlı Azərbaycanın İrandakı səfirliyinə müvafiq göstərişlər verilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar