SON XƏBƏRLƏR

Türk ordusu 100-ə yaxın terrorçunu məhv edib

2021.10.20, 07:36
Türk ordusu 100-ə yaxın terrorçunu məhv edib

Gunaz.tv

GünAz TV: Baş Qərargah İraqın şimalında PKK-ya qarşı keçirilən hərbi əməliyyatların nəticələrini açıqlayıb.

GünAz TV mətbuat mərkəzinin APA-ya istinadən yaydığı məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı bir müddətdir İraqın şimalında PKK terror təşkilatına qarşı həyata keçirilən hərbi əməliyyatlarla bağlı açıqlama yayıb. Baş Qərargah 17-22 avqust (August) tarixlərində havadan hərbi təyyarələrlə İraqın şimalında 132 hədəfə, qurudan uzaqvuran toplarla isə 349 hədəfə zərbələr endirildiyini açıqlayıb. Bombardmanlar nəticəsində 90-100 terrorçunun məhv edildiyi müəyyənləşib. Yaralı terrorçuların sayı 80-dən çoxdur.

PKK-ya məxsus çoxlu sayda mağara, sığınacaq, bina-tikili, cəbbəxana, nəzarət məntəqələri də dağıdılıb. Baş Qərargah hərbi əməliyyatların davam etdiriləcəyini bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar