SON XƏBƏRLƏR

“Azərbaycan Qadınlarının Demokratik Hərəkatı” Məhsa Mehdilinin tutuqlanması ilə bağlı Bəyanat yayıb

2021.10.20, 07:36
“Azərbaycan Qadınlarının Demokratik Hərəkatı” Məhsa Mehdilinin tutuqlanması ilə bağlı Bəyanat yayıb

Gunaz.tv

GünAz TV: Tanınmış milli-mədəni fəal xanım Məhsa Mehdilinin (Mehdizadə) tutuqlanmasını, Azərbaycan Qadınlarının Demokratik Hərəkatı şiddətlə qınayıb.

 

Azərbaycan Qadınlarının Demokratik Hərəkatı Bəyanat vasitəsi ilə  bildirib ki, “vətəndən uzaqda qalmağa dözməyən qəhrəman qadın Məhsa Mehdili, öz canının bahasına da olsa belə vətənə üz tutub. Ancaq İranın dikator rejimi ona doğma Azərbaycanın küçə və azad məkan torpağını yox zindan torpağını nəsib etdirdi. Bu isə bizim üçün Urmu Gölünün qurudulma yarasının üstünü vurulan yeni bir yara oldu.

 

Bəyanatda deyilir ki, bu tutuqlamalar azadlıq yolundakı mübarizəmizə heç bir xələl gətirməyəcək və Biz Güney Azərbaycan qadınları analarımız Zeynəb paşalar və Tellilər kimi baş örtüklərimizi bellərimizə bağlayıb və yurdumuzun özgürlüyü və diktatorluğun yıxılmasına qədər millətimizin yanında savaşacayıq. Biz inanırıq ki, “GƏLƏCƏK BİZİMDİR.”

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar