SON XƏBƏRLƏR

11 nəfər azərbaycanlı fəal, irəli sürülən ittihamlardan bəraət qazanıb

2021.10.20, 07:36
11 nəfər azərbaycanlı fəal, irəli sürülən ittihamlardan bəraət qazanıb

Gunaz.tv

GünAz TV: 11 nəfər azərbaycanlı milli-mədəni fəal sistemin əleyhinə təbliğ ittihamından bəraət qazanıb.

 

GünAz TV mətbuat mərkəzinin “Təbriz səsi”-nə istinadən yaydığı məlumata görə, Hüseyn Nəsiri, Ərsalan Zare, Səid Cahani, Sabir Cahani, Əta Kərimi, Taib Lütfi, Məhəmməd Məhəmmədlu, Murtaza Əvəzpur, Abdullah Zare, Məhəmməd Rzai ve Mehdi Əjdəri 2011-ci il avqust ayının 11-i (1390-cı il mordad ayının 20-i) Təbrizin İnqilab Məhkəməsində mühakimə olublar. Onlar vəkillərin yardımı ilə özlərini müdafiə edib və nəhayət ki bəraət qazanıblar.

 

Qeyd edək ki, adını çəkdiyimiz fəallar, həftələrcə Təbrizin ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsinin təcridxanaları və təknəfərlik kameralarda (sellullarda) saxlanılaraq sorğu-suala tutulublar.

 

Xatırladaq ki, sözü gedən 11 nəfər soydaşımız 2010-cu il aprel ayının 2-i (1389-cu il fərvərdin ayının 13-ü) Urmu Gölü Yığıncağında tutuqlanıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar