SON XƏBƏRLƏR

Azərbaycanlı fəal Xanım Məhsa Mehdili (Mehdizadə) tutuqlanıb

2021.10.20, 07:36
Azərbaycanlı fəal Xanım Məhsa Mehdili (Mehdizadə) tutuqlanıb

Gunaz.tv

GünAz TV: Tanınmış Azərbaycanlı milli-mədəni fəal xanım Məhsa Mehdili (Mehdizadə) Urmu şəhərində tutuqlanıb. 

 

Dünən (avqustun 21-i , mordadın 30-u) ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurları tərəfindən tutuqlanan xanım Mehdizadənin harda saxlanıldığı barədə hələlik heç bir məlumat yoxdur.

 

GünAz TV mətbuat mərkəzinin "Öyrənci"-yə istinadən yaydığı məlumata görə, Urmu şəhərinin təhlükəsizlik qüvvələri onun ailəsinə hansısa bilgi verməkdən imtina ediblər.

 

Qeyd edək ki, Gələcək xəbərlərimizdə adını çəkdiyimiz azərbaycanlı fəalın tutuqlanması ilə bağlı yeni bilgilər diqqətinizə çatdırılacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar