SON XƏBƏRLƏR

Öyrənci Fəal azadlığa buraxılıb

2021.10.20, 07:36
Öyrənci Fəal azadlığa buraxılıb

Gunaz.tv

GünAz TV: Təbriz azad universitetinin öyrəncisi, sol təmayüllü fəal cənab Sasan Vahibivəş 6-cı gün (Şənbə) azadlığa buraxılıb.

 

Təbriz zindanından mülki vəsiqə qarşılığında azadlığa buraxılan Vahibivəş, 2011-ci il iyunun 10-dan (1390-cl il xordadın 20-dən) bəri zindanda həbs edilib.  GünAz TV mətbuat mərkəzinin “Herana”-ya istinadən yaydığı məlumata görə, Vahibivəş iyulun 13-də (tirin 22-də) Təbriz zindanına köçürülüb.

 

Adını çəkdiyimiz öyrənci fəal  milli təhlükəsizliyin əleyhinə fəaliyyət, sistemin əleyhinə təbliğ, qanunsuz qrup yaratmaq və rəhbəri təhqir etməkdə ittiham olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar