SON XƏBƏRLƏR

Urmu Gölü ilə bağlı parlamentin son qərarına qarşı bir çox Etiraz Bəyanatları yayılıb

2021.10.20, 07:36
Urmu Gölü ilə bağlı parlamentin son qərarına qarşı bir çox Etiraz Bəyanatları yayılıb

Gunaz.tv

GünAz TV: Azərbaycanlılar dünyanın müxtəlif ölkələrində Etiraz Bəyanatları yayıblar. Buna səbəb bir neçə gün öncə İran parlamentinin Urmu Gölünü qurumaqdan qurtarmaqla bağlı iki təcili planına (tərhinə) qarşı çıxmasıdır.

 

Keçmiş xəbərlərimizdə çatdırdığımız kimi, İran parlamentinin qərəzli antiazərbaycan qərarı soydaşlarımız tərəfindən qətiyyətlə pislənildi. Bu haqda müxtəlif müzakirələr oldu, bəyanatlar yayıldı və artqı yayılan Bildirilərə görə, yaxın günlərdə Etiraz Yığıncaqları gözlənilməkdədir.

 

Son iki gündə yayılan Bəyanatların sayı kəskin artmaqdadır. Yeni Bəyanatlar arasında Muğanın Milli-mədəni fəalları, İngiltərə və İzmir universitetlərinin bir qrup azərbaycanlı öyrəncisi, Binab şəhərinin sərasəri universitetinin öyrənciləri, Sayınqala (Saindej) Milli Hərəkat Fəalları, Şəbistər azad universitetinin öyrənci fəalları, Güney Azərbaycanın təbii və mədəni mirasının müdafiə cəmiyyəti və s. kimi Bəyanatlar yer alıb.

 

Bəyanatlarda İran parlamentinin Urmu Gölünü qurumaqdan qurtarmaqla bağlı iki təcili planına (tərhinə) qarşı çıxması son dərəcə qərəzli və antiazərbaycan deyə xarakterizə edilib. Yuxarıda adını çəkdiyimiz öyrənci icmaları və azərbaycanlı fəallar parlamentin qərarını şiddətli məhkum edib və Urmu Gölünü qurumaqdan qurtarmaqla bağlı mübarizənin davam edəcəyini vurğulayıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar