SON XƏBƏRLƏR

Qəddafinin taleyi barədə ziddiyyətli xəbərlər...

2021.10.20, 07:36
Qəddafinin taleyi barədə ziddiyyətli xəbərlər...

Gunaz.tv

GünAz TV: Liviya (Libi) üsyançıları ölkə lideri Müəmmər Qəddafinin son qalası olan paytaxt Tripoliyə (Trablos) girdikdən sonra “Cəmahiriyyə” liderinin taleyi haqqında ziddiyətli məlumatlar yayılır.

Bir sıra mənbələr M.Qəddafinin hələ də Tripolidə olduğunu deyirlər.

24saat.az-ın məlumatına görə, İsrailin xüsusi xidmət orqanlarına yaxınlığı ilə seçilən “Debka” saytı M.Qəddafinin Keniyaya qaçdığı haqqında xəbər yayıb. Saytın məlumatına əsasən, bu səhər onu paytaxt Nayrobi hava limanında Kenya rəsmiləri qarşılayıblar.

Qeyd edək ki, Liviya üsyançılarının Tripoliyə hücumu avqustun (August) 20-də başlayıb. NATO qüvvələri ilə koordinasiya (həmahəngi) olunmuş əməliyyatda 1000-dən çox adamın öldüyü bildirilir.

Liviyada xalq üsyanı fevralın ortalarında başlayıb. Əsas tələb 1969-cu ildən hakimiyyət başında olan M.Qəddafinin istefasıdır. Qanlı qarşıdurmalarla müşayiət olunan xalq hərəkatında müxaifətə beynəlxalq birlik, o cümlədən NATO qüvvələri dəstək versə də, Müəmmər Qəddafi təslim olmaq istəməyib. Son olaylara qədər minlərlə liviyalı həlak olmuş, 650 min nəfər ölkəni tərk etmiş, 350 min şəxs evini itirmişdi. Yeni müsavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar