Tehranda Azərbaycana qarşı aksiya keçirilib
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
İran–Pakistan sərhədində ticarət dayandırılıb: minlərlə yük maşını keçid məntəqələrinin açılmasını gözləyir
Bəjestan adına milli qeydiyyata alınan “doşab bişirmə” ənənəsi: Güney Azərbaycan əyalətlərinin mədəni irsinə laqeydlik
Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
İsrail və ABŞ seçkiləri: Səsvermədən sonra İranla müharibə ehtimalı artacaqmı?
İran Futbol Liqası qadınların futbol oyunlarına kişilərin girişini qadağan edib
Lavrov: Rusiya və İran arasında strateji əməkdaşlıq davam etdiriləcək
Bombalı hücum xəbərdarlığı: İsraildən yola düşən sərnişin təyyarəsi Bolqarıstanda məcburi eniş edib
Dövlət əleyhinə açıq çağırışlar yayılması ilə bağlı daha 7 nəfər barəsində beynəlxalq axtarış elan edilib
Tehran Universitetində hicab işçi qrupu yaradıldı: Tələbələrin geyiminə qapalı qapılar arxasında nəzarət cəhdi
Üç həftə ərzində İranda yetmiş məhbus edam edilib
Netanyahu İrana hücumun pərdəarxasını açıqladı
İran səfiri Almaniya Xarici İşlər Nazirliyi-ə çağırıldı
İsrail XİN rəhbəri: İran Fransaya sərbəst toplaşmaq hüququndan dərs keçərkən öz ölkəsində etirazçıları edam edir
İranı dərhal tərk edin!- ABŞ xəbərdarlıq etdi
Kərəc həbsxanasında siyasi məhbus öldürülüb
Müharibə ehtimalı İranda biznes fəaliyyətini iflic edir — deputat
Munir Tehrana səfər edəcək
Ərəb körfəzi ölkələri husiləri terror təşkilatı kimi tanımağa çağırıb
Sergey Lavrov Tehranda İranın xarici işlər naziri ilə görüşəcək
Berlində keçirilən aksiyada İran bayraqları qaldırılıb
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
“Traxtur” klubunun və sahibinin irqçi təhqirlərlə bağlı rəsmi reaksiyası
“Mələvan” və “Traxtur” komandalarının oyunu azarkeşlərin Güney azərbaycanlı türklərin kimliyinə qarşı irqçi şüarlarına görə ləğv edildi
Mehrdad Əxlaqi İranın müdafiə naziri oldu
Ərəb Körfəzi Əməkdaşlıq Şurası: Tehranın addımları Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini hədəfə alır
Ermənistan işğalından Xudafərin körpüsünün azad edilməsindən altı il ötür
Vens: Müharibə davam etməlidir
Həsənu meşələrinə mədən texnikası yenidən qayıdır: Yəzdin Ərdəkan Polad Şirkəti və İranın Atom Enerjisi Təşkilatının adı çəkilir
Kürd “Ronahi” komandasının üzvlərinin Qoşaçayın “Ümidafrin” komandasının üzvlərinə hücumu (Video)
Netanyahu: İran rejimi xərçəng kimidir, ondan qurtulmasaq, geri qayıdacaq
İsrail müdafiə naziri: İranla işimiz bitməyib, bu dəfə enerji obyektlərini də hədəfə alacağıq
Türkiyə XİN Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Fridrix Merts: Almaniya İsrailin yanındadır
Misir və BƏƏ Yəmən müharibəsinə qoşulmağa hazırlaşır?
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
Sepah ilə PJAK arasında gərginlik; tərəflər bir-birini hədələdi
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Traxturun qapıçısı 2026-cı ilin Asiyada ən yaxşı kişi futbolçusu mükafatına namizəd olub
Güneyli pauerliftinq çempionu 3 il həbsə məhkum edilib
Sahibsiz malların satışı İranın ali dini liderinin icazəsindən asılıdır: Hörmüz boğazından çıxarılan iPhone 18-ləri təhvil verin!
GünAz TV mətbuat mərkəzi tanınmış politoloq (siyasi şərhçi) Vəfa Quluzadənin "Azadlıq qəzeti"nə verdiyi Müsahibəni olduğu kimi təqdim edir:
"İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Həsən Firuzabadinin Azərbaycana, konkret (somut, açıq, müşəxxəs) olaraq prezident Ilham Əliyevə ünvanlanan sərt bəyanatından sonra iki ölkə arasında gərginlik dərinləşməkdədir. Artıq iki ölkə arasında informasiya müharibəsinin başlandığını söyləmək olar. Hər iki ölkə mətbuatında qarşılıqlı ittihamlar tez-tez yer almaqdadır. Mövzu ilə bağlı suallarımızı tanınmış politoloq (siyasi şərhçi) Vəfa Quluzadə cavablandırır. V.Quluzadəyə ilk sualımız hazırda müşahidə olunan gərginliyin səbəbi ilə bağlı oldu. Baş verənlər səslənən ehtiyatsız bir bəyanatın nəticəsidir, yoxsa daha dərin köklərə malikdir?
- İran dövlətinin qədim diplomatiyası var. İranda İslam İnqilabı olandan sonra bu diplomatiya bir qədər dəyişsə də, ənənəvi köklər üzərində dayanır. İran əbəs yerə heç nə etmir. Azərbaycan Cənubi Qafqazda demokratiyaya can atan xalqı, Qərblə əməkdaşlıq edən hakimiyyəti ilə İranı çox qıcıqlandırır. Çünki bu, İranın maraqlarına zidd olan məqamdır. İran istəyir Azərbaycanda İslam respublikası (cümhuriyyəti) olsun. Azərbaycan qadınlarının hamısı hicab taxsın. Görürsünüz, İran mübarizəsini ilk olaraq hicab məsələsi ilə başladı. Guya ki, Azərbaycan xalqının yeganə problemi hicab məsələsidir. Azərbaycanda vicdan azadlığıdır. Kim hicab taxmaq istəyirsə, bunu edir. Bunu siyasi problemə çevirən İran tərəfidir. Ən əsası burada söhbət dindən getmir. Din hər yerdə azaddır. Burada söhbət dindən siyasət kimi istifadədən gedir. İran dindən məhz siyasət kimi istifadə edərək, nüfuzunu genişləndirmək istəyir. Azərbaycan da İranın hədəfində duran bir nömrəli dövlətdir. Çünki Azərbaycanın geosiyasi mövqeyi olduqca əhəmiyyətlidir. Azərbaycan Xəzər hövzəsinin Gürcüstan vasitəsilə Qərb bazarlarına çıxış yoludur. Hazırda regiondakı (bölgədəki) əsas proyektlərin (prujələrin) heç birində İran iştirak etməyib. Tehran BTC-dən (Bakı-Tiflis-Ceyhan) kənarda qalıb. Ona görə də İran Azərbaycana düşmən gözü ilə baxır. Görün, vəziyyət hansı həddə çatıb ki, İran özünü İslam dünyasının keşikçisi kimi təqdim etməyə çalışır. Amma İran unudur ki, Azərbaycandakı şiə müsəlmanlarını erməni Qriqoryanlara satır. İslam dövləti olan İran xristian (məsihi) Ermənistanın müharibə vaxtı çökməsinə imkan vermədi. İranın köməyinə görə Azərbaycan müharibədə qalib gələ bilmədi. Bunu Levon Ter-Petrosyan şəxsən etiraf edib.
- İran mətbuatı yazır ki, Azərbaycana sərt cavabın səbəbi onlarda olan kəşfiyyat məlumatları olub. Deyirlər ki, İsrail Azərbaycan ərazisindən istifadə edərək, İranın nüvə obyektlərini (təsisatını) vurmağa hazırlaşır.
- İsrail və ABŞ-ın (Amerika Birləşmiş Ştatları) İranın nüvə obyektlərinə zərbə endirməsi üçün xeyli baza (payqah) var. Burada Azərbaycana ehtiyac yoxdur. Digər bir tərəfdən, İsrail və Amerikanın Azərbaycandan belə bir xahişi olsa, rəsmi Bakı onlara “yox” demək iqtidarındadır. Çünki Azərbaycan müharibə vəziyyətində olan ölkədir. Azərbaycan qonşularının hamısı ilə, xüsusilə İranla normal münasibətlərin olmasında maraqlıdır. Amma bizi güclə təxribata çəkmək istəyirlər. Bir nağıldakı kimi. Canavar çayda qayıqda quzu ilə getdiyi zaman quzuya deyir ki, toz eləmə. Çayın ortasında toz hardandır axı? İranın hərəkətləri buna oxşayır. İran bizə dəqiqə başı deyir ki, toz eləmə.
- İndiyə qədər İranla Azərbaycan arasındakı sərt bəyanatlar bir qayda olaraq hakimiyyətyönlü politoloqların (siyasi şərhçilərin) açıqlamaları, rəsmi mətbu orqanlarının məqalələri kifayətlənib. Bu söz davasının daha yüksək ranqlı məmurların səviyyəsinə qalxması ehtimalı nə dərəcədədir?
- Düşünmürəm ki, qarşılıqlı ittihamlar daha yüksək səviyyəyə keçəcək. Burada bir faktor da var ki, Azərbaycan Qərbin simpatiyalarını (sympathy) cəlb etmək üçün özünün İranın aqressiyasının (təcavüz, saldırı) qarşısında durmasını bir qədər də şişirdə bilər. Əslində isə İranın Azərbaycana qarşı mövqeyi çox açıq və aydındır. İran Azərbaycanı öz nəzarəti altında görmək istəyir. Amma bizim təbliğat orqanlarımız da bundan sui-istifadə edərək Qərbə göstərmək istəyir ki, siz bizdən demokratiya tələb edirsiniz, bizi isə burada İslam inqilabı gözləyir.
Əliyev Medvedevlə görüşə sərt təkliflər üzündən getməyib
- Bu günlərdə İran Azərbaycanın notasına cavab versə də, bu ictimaiyyətdən gizli saxlanılır. İran mətbuatının məlumatlarına görə isə həmin sənəddə Azərbaycana qarşı ciddi xəbərdarlıqlar yer alıb. Hansı xəbərdarlıqlardan söhbət gedə bilər?
- İranın məqsədi Azərbaycanı təxribata çəkərək, sonradan bizi günahlandırıb, zərbə endirməkdir. Azərbaycanı təxribata çəkən yalnız İran deyil. Ermənistan və Rusiya da vaxtaşırı (zaman zaman) bu işlə məşğul olur. Təsəvvür edin ki, Medvedevin təklifləri nə cür olub ki, İlham Əliyev onunla görüşə getməyib. Qəbulolunmaz təkliflərə neçə dəfə “yox” demək olar. Bu cür təkliflərin Azərbaycana ünvanlanması təxribatın özüdür. Çünki açıq görünür ki, Rusiya Qarabağ problemini həll etmək istəmir. Amma rus mətbuatı Azərbaycanı hər dəfə günahkar çıxarmaq istəyir ki, biz Ermənistana hücum etmək istəyirik. Bu cür hallarda biz ehtiyatlı davranmalıyıq. Rusiyanın Gürcüstan avantürasından (macəra) heç nə çıxmadı. Çünki Gürcüstanın arxasında Amerika möhkəm dayandı. Amma Azərbaycanda vəziyyət başqa cürdür. Azərbaycanda Rusiya ermənilərin köməkliyi ilə ölkəmizə müdaxilə edəcək. Burada vəziyyət bizim üçün daha gərgin və təhlükəlidir.
- Sizcə, İranın əsl siyasətinin ifşa olunması üçün Tehranın notasının mətni açıqlansaydı, daha yaxşı olmazdımı?
- Bunu demək çətindir. Bəlkə də burada məqsəd Azərbaycanda anti-İran əhval-ruhiyyəsini qızışdırmamaq üçün bu edilir. İran təyyarələri Azərbaycan sərhədini pozanda rəsmi Bakı özünü təmkinli apardı. İndi də həmin təmkin davam edir.
Biz Azərbaycan əhalisini qızışdırandan sonra İrana sarsıdıcı zərbə vura bilsək, bu təbliğatı aparmaq olar. Bizi İrandan ABŞ-ın (Amerika Birləşmiş Ştatlarının) Azərbaycandakı maraqları, neft şirkətləri, investisiyaları (yatırım, sərmayə yatırmaq) qoruyur. Həmçinin eyni faktor Rusiyaya da təsir edir.
Azərbaycan Türkiyə ilə konfederasiyaya girməlidir
- Vaxtı ilə İran Azərbaycanın sərhədlərini pozanda “türk şahinləri” Bakıya gəldilər. Məhz bu dəstəkdən sonra İran geri çəkildi. Bəs indi nəyə görə belə bir dəstək nümayiş etdirilmir?
- Çünki Türkiyə hökuməti hesab etmir ki, vəziyyət çox gərgindir. Hələlik söz müharibəsi gedir. Amma sərhədi pozmaq söz müharibəsindən qat-qat artıq idi. O zaman İran daha təhlükəli idi. Çünki sərhədi pozmaq sonradan ölkəyə daxil olmaq demək idi. O zaman Türkiyə buna görə sərt hərəkət etdi. İndi isə tərəflər sadəcə olaraq bir-birinə təhdid göndərirlər.
- Azərbaycanın münasibətləri İran kimi böyük dövlətlə getdikcə gərginləşməkdədir. Azərbaycan özünü sığortalamaq (bimə etmək) üçün hansı addımları atmalıdır?
- Azərbaycan Türkiyə ilə hərbi müqavilə imzalayır, daha sonra ölkələr konfederasiya elan edirlər. Bundan artıq bizə heç nə lazım deyil. Bu özü artıq İrana böyük mesaj olar ki, Azərbaycanı hədələməsin, yoxsa böyük nəticələri ola bilər. Mən həmişə Azərbaycan-Türkiyə əsgəri müttəfiqliyinin tərəfdarı olmuşam. 1999-cu ildə incirlikdən ABŞ təyyarələrinin Azərbaycana gəlməsi, Türkiyə ilə sıx hərbi əməkdaşlıq edilməsi barədə çoxlu bəyanatlar vermişəm.
- Cənub bölgəsində ölkədə son baş verənlərlə bağlı sərt çıxışlar oldu. İslamçıların həbsi kəskin tənqid olundu. Bütün bu məqamlar isə sözügedən regionda (bölgədə) gərginliyi artıran faktorlardandır?
- İran Azərbaycana qarşı təxribatlara əl ataraq əhalimizi hökumətə qarşı çevirmək istəyir. “Səhər” televiziyası bu təbliğatla məşğuldur. Bu cür vasitələrlə İran emosiyaları (həyəcanları) qızışdırmağa çalışır." Xəyal
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Həmədanda onlarla tələbə zəhərləndi
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
İran Britanıya səfirini XİN-ə çağırıb
İran Ali Məhkəməsi daha bir siyasi məhbusun edam hökmü təsdiq etdi
Təbrizdə ailə başçısı həyat yoldaşı və övladlarını öldürdü
İrana yüzlərlə silahlı göndərilib- Hökumət mediası
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
Qaradağda məktəb direktorunun maşını yandırılıb
Təbizdə tibb bacıları etiraz aksiyası keçirdilər
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub
Milli fəalara əlavə cəzalar verildi
İsrail prezidenti Azərbaycana gəldi
İran Ali Məhkəməsi daha bir siyasi məhbusun edam hökmü təsdiq etdi
Rusiyalı mütəxəssislər İrana getdi
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
İranın kölgəsindəki hakerlərdən Azərbaycana kiberhücum
İranda qadınlara qarşı ayrı-seçkilik konsert turunun ləğvinə səbəb oldu
İrana yüzlərlə silahlı göndərilib- Hökumət mediası
Təbrizli rejissordan Türkiyəyə iş dalınca gedən işçilərin hekayəsi
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Təbrizdə ailə başçısı həyat yoldaşı və övladlarını öldürdü
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır
Yəhudi əsilli şagirdlər də vahid geyim formasına riayət edir