SON XƏBƏRLƏR

Qiyamçılar paytaxtda: Qəddafinin iki oğlu həbs edildi

2021.10.20, 07:36
Qiyamçılar paytaxtda: Qəddafinin iki oğlu həbs edildi

Gunaz.tv

GünAz TV: Liviya (Libi) üsyançıları ölkə lideri Müəmmər Qəddafinin son qalası olan paytaxt Tripoliyə (Trablos) girib. Avqustun (August) 22-si səhər saatlarına olan məlumata görə, hazırda hökumət qüvvələrinin əlində Müəmmər Qəddafinin yaxınları yerləşən Bab əl-Əziziyə məntəqəsi qalır. Paytaxtın bəzi bölgələrində də döyüşlərin davam etdiyi bildirilir.

“Media forum” saytı xəbər verir ki, üsyançılar Müəmmər Qəddafinin oğulları Məhəmməd Qəddafi və Seyfülislam Qəddafini həbs ediblər. Müxalifət rəhbərliyi onların təhlükəsizliyinin təmin olunduğunu açıqlayıb. Müəmmər Qəddafinin özünün taleyi haqda dəqiq məlumat yoxdur.

Son hadisələrə münasibət açıqlayan ABŞ (Amerika Birləşmiş Ştatları) prezidenti Barak Obama Müəmmər Qəddafini məğlubiyyətlə barışmağa, daha artıq qan tökülməməsi üçün hakimiyyətdən əl çəkdiyini elan etməyə çağırıb. ABŞ lideri üsyançılara da müraciət edərək qırğınlara yol verməməyi, vətəndaş hüquqlarını və demokratiya prinsiplərini (əsllərini, ilkələrini) qorumağı məsləhət görüb.

 

Liviya üsyançılarının Tripoliyə hücumu avqustun 20-də başlayıb. NATO qüvvələri ilə koordinasiya (həmahəngi) olunmuş əməliyyatda 1000-dən çox adamın öldüyü bildirilir.

 

Liviyada xalq üsyanı fevralın ortalarında başlayıb. Əsas tələb 1969-cu ildən hakimiyyət başında olan Müəmmər Qəddafinin istefasıdır. Qanlı qarşıdurmalarla müşayiət olunan xalq hərəkatında müxalifətə beynəlxalq birlik, o cümlədən NATO qüvvələri dəstək versə də, Müəmmər Qəddafi təslim olmaq istəməyib. Son olaylara qədər minlərlə liviyalı həlak olmuş, 650 min nəfər ölkəni tərk etmiş, 350 min şəxs evini itirmişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar