SON XƏBƏRLƏR

Suriyada qırğın davam edir

2021.10.20, 07:36
Suriyada qırğın davam edir

Gunaz.tv

GünAz TV: Avqustun (August) 20-də ənənəvi olaraq Suriyanın şəhərlərində hökumət əleyhinə aksiyalar (yürüşlər) keçirilib.

Təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində 34 nəfər həyatını itirib. Bu barədə Lent.az “Reuters” agentliyinə (ajansına) istinadən xəbər yayıb.

Ən ciddi toqquşma Dera vilayətində olub. Təhlükəsizlik qüvvələri kütləyə atəş açıb. 8 nəfər Qabaqib, 5 nəfər Əl-Xirak, 4 nəfər İnhil, 1 nəfər Nava şəhərində həyatını itirib. Hums şəhərində isə 2 nəfər öldürülüb.

Deyr az-Zor şəhərində də aksiya iştirakçılarına döyüş güllələrindən atəş açılıb. Bu şəhərdə ölənlərin sayı açıqlanmır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar