SON XƏBƏRLƏR

Xaqani Qayıblı: ”Güney Azərbaycanlılar İranın ibtidai icma qanunları ilə heç bir zaman barışmayacaq”

2021.10.20, 07:36
Xaqani Qayıblı: ”Güney Azərbaycanlılar İranın ibtidai icma qanunları ilə heç bir zaman barışmayacaq”

Gunaz.tv

GünAz TV: Azərbaycanımızın güneyində cərəyan edən olayları bəzi "analitiklər” XXI əsrin qloballaşma (kürəsəlləşmə) sürəcinin bir parçası kimi dəyərləndirilər.

Bu sözləri Gün.Az-a Estoniyadan Tartu Universitetinin Türk Dili Mərkəzinin müdiri, tanınmış yazar Xaqani Qayıblı bildirib.

“Mən bu fikri qəbul etmirəm və hesab edirəm ki, bu xalqımızın öz milli haqlarına sahib olmaq uğrunda apardığı milli-azadlıq mübarizəsidir. İran rejimi Güney Azərbaycan Milli Hərəkatı qarşısında dayana bilməyəcək. Çünki XX əsrdə dörd dəfə inqilab edən xalq, yenidən öz sözünü deyəcək. İranda xalqımızın güclü bir milli enerjisi var. Bu hər gün yüksələn xətlə inkişaf etməkdədir”-deyə, mərkəz rəhbəri bildirdi.

O rejimin 35 milyon Azərbaycan türkünün haqqını qəsb etməklə, bir daha öz iç üzünü ortaya qoyduğunu söylədi.

“Maraqlı olanı odur ki, ölkənin yarısını təşkil edən Azərbaycan türkləri öz doğma dilində yazmaqdan, oxumaqdan məhrum ediliblər. Bu ölkənin ibtidai icma qanunları idarə olunduğunu göstərir və xalqımız heç bir zaman bununla barışmayacaq” - deyə, Xaqani Qayıblı qeyd etdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar